Noutbuk ustasi
Noutbuk ustasi olaraq kompüterinizdə yaranan istənilən problemi peşəkar səviyyədə aradan qaldırıram və yüksək performansla, təhlükəsiz, uzunömürlü şəkildə sizə təqdim edirəm. Əgər cihazınızda yavaşlama, donma, isinmə, sönmə və ya digər texniki nasazlıqlar varsa, indi mənimlə əlaqə saxlayaraq münasib qiymətlərlə xidmətlərimdən yararlana bilərsiniz.
Telefon: 070 770 66 61
Noutbuk və kompüter təmiri
Bütün marka və model noutbukların ana platası, klaviatura, ekran, şarj girişi, RAM, SSD və digər hissələrinin təmiri və dəyişdirilməsi həyata keçirilir. Kompüter və noutbuk ustası olaraq həm portativ, həm də stasionar cihazlarda texniki nasazlıqların dəqiq diaqnostikası və peşəkar təmiri təmin edilir.
Daxili təmizləmə və termal pasta dəyişdirilməsi
Zamanla cihazın içərisində yığılan tozlar və qurumuş termal pasta prosessor və video kartın qızmasına səbəb olur. Bu isə cihazın performansına və ömrünə mənfi təsir göstərir. Noutbuk ustası olaraq biz cihazı tam şəkildə söküb fanları, radiatoru və soyutma sistemini təmizləyirik, köhnə termal pastanı təmizləyib, yeni və keyfiyyətli termal pasta ilə əvəz edirik. Bu xidmət nəticəsində noutbukunuz daha səssiz və stabil işləyəcək.
Format edilməsi və əməliyyat sisteminin quraşdırılması
Noutbuk və kompüterlərə Windows 10, Windows 11, macOS və digər əməliyyat sistemlərinin təmiz şəkildə quraşdırılması həyata keçirilir. Format zamanı şəxsi fayllarınız ehtiyat nüsxəyə alınır, cihaz tam optimallaşdırılır, lazımsız proqramlar silinir və sistem tam yenilənmiş vəziyyətdə sizə təhvil verilir. Format xidməti həm də cihazın sürətini artırmaq və viruslardan tam azad etmək üçün əvəzolunmazdır.
Proqram təminatının yazılması
Ofis proqramları (Word, Excel, PowerPoint), dizayn proqramları (Photoshop, CorelDRAW), antivirus proqramları və gündəlik istifadə üçün lazım olan bütün proqramlar lisenziyalı və ya alternativ olaraq cihazınıza quraşdırılır. Proqramlar cihazınıza uyğun optimallaşdırılır və istifadəyə tam hazır şəkildə təhvil verilir.
Evdə və ofisdə yerində xidmət
Bakı və yaxın ərazilərdə noutbuk ustası yerində xidmət göstərir. Əgər cihazınızı gətirməyə imkanınız yoxdursa, biz ünvana gəlirik, yerində diaqnostika və mümkün olduqda təmiri həyata keçiririk. Daha mürəkkəb hallarda cihaz servisə aparılır və təmir olunduqdan sonra geri qaytarılır.
Peşəkar xidmətə görə məni seçin
- Zəmanətli və etibarlı texniki xidmət
- Keyfiyyətli termal pasta ilə soyutma sisteminin bərpası
- Pulsuz ilkin diaqnostika
- Münasib və sabit qiymətlər
- Qısa müddətdə təhvil
- Müştəri məmnuniyyəti və dəqiq ünsiyyət